İnteryer və exsteryer dizanyn nədir?

İnsanlara özünü həm mənəvi, həmdə fiziki olaraq rahat hiss etdirən bir sənətdir. Bu sənət sayəsində insanlar öz arzularında olan məkanlara gerçəkdə sahib olurlar. İnteryer Dizayner - məkanın daxili ilə bağlı bütün işləri koordinasiya edən bir şəxsdir. Elelktrik, santexnik və s. Daxil olmaqla ilkin dizayn planlarını qurur. Dizayner sayəsində obyektinizlə bağlı dəqiq ölçülər əldə etmiş olursunuz. Və bu ölçülərlə, hazırlanmış dizayn əsasında siz, mənzilinizin təmirinə nə qədər pul xərcləyəcəyinizi öncədən biləcəksiniz. Dizaynerlərimiz sayəsində siz sevdiyiniz rənglər, istək və idealarınız, zövqləriniz barədə ətraflı məlumatı alıb və bunları kombinasiya edərək göz oxşayan bir iş ərsəyə gətirə bilərsiniz. Eksteryer dizayn - görülən işlər ətraf mühitə ahəngdar şəkildə uyğunlaşmalı olan eksklüziv tipli binanın yaradılmasına yönəlib.

Biz sizə nələr vəd edirik?

Ev sahibinin əsas təəssüratı formalar, ölçülər və bitirmə üsulları kompleksindən ibarətdir. Kiçik bir ev üçün xarici dizayn layihəsini hazırlayarkən, mütəxəssislər landşaftı və onun geoloji xüsusiyyətlərini öyrənirlər.İlk növbədə, eksteryer dizaynın seçilmiş üslubunun ərazi və sahiblərin zövqləri ilə birləşməsinə diqqət yetiririk. Gələcək evinizin görünüşü ilə bağlı fantaziyalarınızı həyata keçirmək üçün bizim CounTech komandamız ilə əlaqə saxlayın.